HAQQIMIZDA

HAQQIMIZDA

İzolyasiya sektorunda professional təcrübəyə malik olan personalları, lazımı təchizat və avadanlıqları ilə firmamız qurulduğu tarixdən bu günə qədər bir çox layihələri reallaşdıraraq, yüksək səviyyədə bitirmişdir. Bütün növ izolyasiya işlərini ən müasir üsullarla, qısa müddət ərzində, yüksək keyfiyyət və normativ tələblərə uyğun olaraq yerinə yetirərək biz, Azərbaycanın professional inşaat şirkətlərinə xidmət göstərir və aşağıdakı sahələrdə onlarla əməkdaşlıq edirik:

  • izolyasiya işlərinin layihələndirilməsi,
  • hesabatların hazırlanması,
  • ətraf mühüt amillərinin təsir dərəcələrinin hesablanması,
  • izolyasiya materiallarının düzgün seçilməsi və maksimum effektivliyin təmin olunması,
  • bütün növ izolyasiya işləri və xidmətləri,

Hal hazırda Azərbaycanda həyata keçirilən bir çox iri həcimli layihələrdə Evim izalyasyon şirkətinin də payının olmasından qürur duyuruq!


Ətraflı

İZOLYASİYA HAQQINDA

İZOLYASİYA HAQQINDA
İzolyasiya sektorunda professional həll!

Dünyanın inkişaf etmiş ölkələri 1970-ci illərdən bəri enerji itkisinə qənaətlə bağlı inşaat normaları tətbiq etməkdədir. Artıq bu gün bütün dünya enerji itkisində qənaəti maksimuma (60%) endirən normalardan istifadə edir. Enerji itkisinə qənaətin yeganə yolu isə izolyasiya materiallarından istifadədə görülür. Ölkəmizin malik olduğu ekoloji şərait və atmosferik şərtlər bizə binalarımızın inşasında izolyasiya materiallarından istifadənin zəruriliyini düşünməyə əsas verir.

Bu gün biz izolyasiya sahəsində dünya lideri olan bir çox şirkətlərin istehsalı olan izolyasiya məhsullarını təklif edirik. İzolyasiya məhsullarından istifadə zamanı biz evlərimizdə:

  • Enerji itkisinə 60% qənaət;
  • Sudan və nəmdən qorunma;
  • Yanğına qarşı yüksək davamlılıq;
  • Səskeçirmənin minimuma endirilməsi
imkanlarını əldə edirik.

Eyni zamanda bu məhsullar atmosferik şərtlərə davamlılıq və dekorativ görünüş cəhətdən də yüksək göstəriciləri özündə birləşdirir.

Evim İnşaat və İzolyasiya, məhsulların düzgün, sadə və etibarlı istifadə qaydasına istiqamətlənmiş təlimlər keçən mühəndis və işçi briqadalarını təklif edir. Məhz bu briqadalar izolyasiya ediləcək yerin xüsusiyyətlərinə görə məhsulun doğru seçilməsi, məhsullarla bağlı hər cür texniki dəstəyin göstərilməsi və inşaatda problemlərin yerində həll olunması işini həyata keçirməkdə peşəkarlardır.

Biz öz inkişaf startegiyamızı müştərilərimizdən gələn tələblərə və görüşlərə görə təyin edir və sizlərə xidmət etməkdən zövq alırıq...

Ətraflı