HİDROİZOLİYASİYA VƏ İSTİLİK İZOLİYASİYASININ FAYDALARI

26 Avqust 2016

Adətən evlərin alt mərtəbəsindən ziyadə üst mərtəbələrdə də nəm problemi yaşanmaqdadır. Rütubətin yaranmasının bir neçə səbəbi vardır. Bunlar gündəlik məişətlə bağlı olan səbəblərlə yanaşı, təmir-tikinti zamanı gözdən qaçırdığımız və ya önəm vermədiyimiz məsələlərdir. Rütubət  evlərimizin estetik görkəmini, təmirin aşınmasını və sağlamlığınızı korlamaqla yanaşı, maddi durumunuza da təsir edir.Biz sizin üçün bu problemdən qurtulmağın yollarını araşdırdıq.

 

Ev tikmək və ya təmir etmək istəyənlər diqqətli olun!

  • ·         Evlərdə yaranan rütubət nədən qaynaqlanır?                                 
  • ·         Təmir zamanı istilik izoliyasiyasından və hidroizoliyasiyadan istifadə olunmaması
  • ·         Hər hansı bir yerdən su sızması
  • ·         Havalandırma sisteminin olmaması
  • ·         Aspirator və bu kimi qurğulardan istifadə olunmaması
  • ·         Ev daxilindəki tempraturla çöldəki tempraturun kəskin dəyişməsi

Bu siyahını təbii ki artırmaq olar. Ama bu gün ən başlıca məsələ izoliyasıya sistemlərinin tətbiqi və bunun gələcəkdə sizə verəcək faydasından danışacağıq. Əvvəlcə ayrı-ayrılıqda hidroizoliyasiyanın və istilik izoliyasiyasının nə olduğunu aydınlaşdıraq. Tikintilərimizə zərər verən ən önəmli faktorlardan biri də sudur. Tikintilərimiz: yağış, qar, torpağın nəmi, tikintinin inşa edildiyi məkanda olan yeraltı sular kimi xarici qaynaqlı və eyni zamanda hamam və tualetlərdə istifadə edilən daxili qaynaqlı suların mənfi təsirinə məruz qalır. Tikintimizi və rahatlığımızı təhdid edən suların bu cür təsirindən qorunmaq üçün edilən əməliyyatlara “hidroizolyasiya” deyilir.

Qış aylarında meydana gələn istilik itkilərini və yay aylarında meydana gələn istilik qazanclarını azaltmaq üçün edilən əməliyyatlara   isə “istilik izolyasiyası” deyilir. Təmir və tikinti zamanı biz əlavə xərclərdən qaçmağa çalışırıq , lakin bunun gələcəkdə nə kimi fəsadlar törətdiyini bilmirik. Sual oluna bilər mən hidroizoliyasiyadan istifadə etsəm nə qazanacam?! Əvvəla onu qeyd edim ki, bu gələcəkdə sizin sağlamlığınızın qorunmasında və təmirinizin uzun müddət qalmasına yardımçı olacaq. Çünki nəm səthin boyasının tökülməsinə, saralmalara, estetik görünüşün pozulamsına, qabarmalara səbəb olur. Bu da dəfələrlə yenidən təmirə ehtiyac yaradır. İkincisi divarlarda, döşəmələrdə yaranan nəm müxtəlif göbələklərin, yosunkimilərin yaranmasına, bakteriyaların çoxalmasına münbit zəmin yaradır. Təbii ki, bu kimi mikroorqanizmlər parazit həyat keçirdiyi üçün gələcəkdə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Məsələn:  Bronxit, astma və bu kimi xəstəliklərin birbaşa yaranma səbəbidir. Deməli hidroizoliyasiya materiallarından istifadə sizin səhhətinizlə yanaşı, cibinizin də sağlam olmasına yardımçı olur.

 

Bəs istilik izoliyasiyasının cibimizə və sağlığımıza xeyri nədir?!

 

Qeyd etdik ki, nəmin yaranna səbəbindən biri də istilik-tempratur fərqlərinin yaranmasıdır. Yəni qışda xarici mühitdən evimizin divarına təsir edən soyuq, külək, qar, yağış və digər təsirlər daxildə isti hava ilə fərq yaradır. Bu zaman havadakı rütubət soyuyaraq damcı halında divarın nəmlənməsinə, eroziyasına səbəb olur. Bunun qarşısını almaq üçün isə istilik izoliyasiyası əvəzedilməz vasitədir. İstilik izoliyasiyasından istifadə etmək sizin gələcəkdə isitmə sitemlərindən istifadədə 50% qənaətə, rütubətin yox olması nəticəsində təmir edilmiş sahənin uzun müddət olduğu kimi qalmasına, gələcəkdə təkrar xərclərin ləğvinə və ən əsası heç bir maddiyyatla ölçülməyəcək sağlamlığınızın qorunmasına zəmanət deməkdir. 

 

 


Digər xəbərlər