"Evim İnşaat" MMC Baku Build 2014 sərgisində

27 Oktyabr 2014

Bakıda “Xəzər inşaat həftəsi” çərçivəsində təşkil olunan 20-ci Azərbaycan Beynəlxalq inşaat sərgisi (“BakuBuild-2014”) oktyabrın 25-də işini başa çatdırıb.
AzərTAc xəbər verir ki, rekord göstəriciləri ilə seçilən builki yubiley sərgisində dünyanın 29 ölkəsindən 490-dan artıq şirkət öz məhsullarını təqdim edib. Macarıstan, Almaniya, İtaliya, İran, İspaniya, Portuqaliya və BƏƏ milli qruplarla, Türkiyə istehsalçıları isə 41 şirkətlə təmsil olunub.

 

 

Ötən illərdə də olduğu kimi bu il də sərgidə təmsil olunan "Evim İnşaat" MMC-nin stendi böyük marağa səbəb olub. Yerli və xarici şirkətlər "Evim İnşaat" MMC-nin təqdim etdiyi məhsullar ilə tanış olmuş və gələcək əməkdaşlıq haqqında danışıqlar aparılmışdı.

 

 

 

    

   Bu ilin avqust ayında "Evim İnşaat" MMC-nin əməkdaşlıq müqaviləsi bağladığı Avstriyanın "AGRU Kunststofftechnik GmbH" şirkətinin nümayəndəsi Christian Kahr və "TenCate Geosynthetics" şirkətinin nümayəndəsi Manfred Lassnig də sərgiyə gələrək stendimizi ziyarət etmiş məhsullar haqqında sərgi iştirakçılarına məlumatlar vermişlər.

        Bakıdakı olduqları müddətdə Avstriyalı qonaqlarımız həmçinin bir neçə yerli və xarici şirkətlərlə də görüşlər keçirdilər.

 

 

 

                                                          

 

"Türkiyə Sənayeçi İş Adamları Birliyi"nin İdarə Heyətinin Sədri Yavuz Keleş və Sədr müavini Musa Okumuş "Baku Buld 2014" sərgisində iştirak edən Birliyə üzv şirkətlərin stendlərini tək-tək ziyarət etmişlər. "Evim İnşaat" MMC-nin stendini də ziyarət edən Birlik üzvləri şirkətin direktoru Əhməd Mütəllimovla görüş keçirmiş, gələcək əməkdaşlıq haqqında müzakirələr aparmışdır.

 

    

Stendimizi ziyarət edənlər arasında əməkdaşlıq etdiyimiz Tükiyənin "Standart İzolasyon" şirkətinin müdir köməkçisi Engin Dogen də var idi.

 

 

 

 

 Ümumilikdə 4 gün davam edən sərgi gələn il daha çox ökə və şirkətin iştirakı gözlənilir.


Digər xəbərlər