"Evim İnşaat" MMC Avstriyanın iki şirkəti ilə distribyutorluq müqaviləsi imzaladı

15 Sentyabr 2014

 

BSC Group-un nəzdində olan "Evim İnşaat" MMC Avqust ayının sonlarında Avstriyanın "AGRU Kunststofftechnik GmbH" və "Durabit-Bauplast GmbH & Co." şirkətləri ilə distribyutorluq müqaviləsi imzalayıb.

 1948-ci ildə yaradılmış "AGRU Kunststofftechnik GmbH" və 1975-ci ildə əsası qoyulan "Durabit-Bauplast GmbH & Co." əsasən su izolyasiya sistemləri və boru istehsalı üzrə ixtisaslaşmışlar.

 Onu qeyd edək ki, mart ayında "Evim İnşaat" MMC geosintetik məhsullar istehsal edən daha bir Avstriya şirkəti olan "TenCate Geosynthetics" ilə də distribyutorluq müqaviləsi bağlamışdı.


Digər xəbərlər