Elastik boya

Elastik boya, bu bayır daxili işlər üçün istifadəyə hazır, yüksək elastik çatlamaya davamlı boyadır. Bu boya binaların hərəkəti zamanı çatların yayılmasının qabağını alan, yeni tikilən binalarda istifadəsi üçün yaxşıdır. Hətta nazik boya qatı 0,5 mm qədər mikro çatları dayandırmaq qabiliyyətinə malikdir. Qalın qatı (təxminən 1 mm) 3 millimetrə qədər və daha çox çatları saxlamaq xüsusiyyətinə malikdir. Buna görə boyanın çatlamaya davamlılığı kifayət qədər qalın layı olduqda özünü biruzə verir.

Boyanın xüsusiyyətləri aşağı temperaturda da saxlanılır bununla elastikliyi bir qədər azalır.

Boya yüksək hidroizolyasiya xüsusiyyətlərinə yuyulmaya və sürtünməyə qarşı davamlılığına malikdir.Su və palçıq keçirməyən nazik polimer təbəqəni yaradır.

  • Fasadların
  • sokolların
  • şiferin
  • kərpicin
  • betonun
  • penobetonun
  • suvağın
  • ağacın 

və digərlərin (fasadlar və sokollar, podvallar, vanna otaqları, hamamlar, sanitariya qovşaqları, koridorlar, mətbəxlər) rənglənməsi üçün istifadə edilir.

Qoruyucu-dekorativ bəzək işləri və təmir üçün ideal uyğundur.


SUDAN İZOLYASİYA SİSTEMLƏRİ