XPS - (Ekstrude Polistiren Köpük)

XPS istifadə etməklə binaların isidilməsi soyudulmasına sərf edilən enerji qənaətmaksimumendirilir(60%)binaların atmosferik şərtlərə qarşı qorunaraq, divarların istilik fərqindən əmələ gələn genişlənmə yığılma kimi fiziki dəyişikliklərin qarşısının alınması təmin edilir, zaman keçdikcə ovulmur, çürümür, korroziyaya uğramır və paslanmır, asan kəsilir və istifadə olunur, fiziki xüsusiyyətlərini zaman keçdikcə itirmir, tikililərin ömrü boyu istilik izolyasiyanı təmin edir, yüksək suyu nəmi dəfetmə xüsusiyyətinə malikdir. İstifadə edilən mekanlar: xarici divar istilik soyuğa qarşı izolyasiya sistemlərində, torpaqaltı subasma səviyyəsində istilik və soyuğa qarşı izolyasiya işlərində, tavan, daxili divar və döşəmə işlərində.

XPS
  • Polistiren xammalından ekstruziya yolu ilə istehsal olunur
  • Tətbiq olunma yeri və məqsədinə görə ölçü və basma müqavimətində, fərqli formalı kənar və səth şəkillərində lövhə olaraq istehsal olunmaqdadır.
  • İstilik izolyasiyası məqsədilə itifadə olunmaqdadır.
  • İstilik keçirmə dəyəri λ ≤ 0,035 W/mK’dır.
  • Su buxarı diffuziyasına qarşı müqavimət faktoru µ=90-100’dür.
  • İstifadə olunma temperatur intervalı -50/+75ºC aralığındadır.
  • %100 qapalı məsaməli homogen hüceyrə quruluşuna sahib olmaqla tərkibinə su buraxmır.
  • Kapilyar əmiciliyi yoxdur.
  • Basma davamlılığı çox yüksəkdir.
  • TS EN 13501-1’standartına görə E kateqoriyalıdır.
  • Owens Corning USA Hydrovac lisenziyası ilə istehsal olunmaqdadır.
  • BVQI tərəfindən ISO 9001 Keyfiyyət Etibarlılıq Sistemi, ISO 14001  Ətraf Mühit İdarəetmə Sistemi və OHSAS 18001 İşçi Sağlamlığı və İş Təhlükəsizlik İdarəetmə Sistemi Sertifikatlarına malik müəssisələrdə istehsal olunmaqdadır.

 


İSTİDƏN VƏ SOYUQDAN İZOLYASİYA SİSTEMLƏRİ