Şüşə yunu

Şüşə yunu - inorqanik xammal olan silis qumunu 12000C-12500C-də əridilməsi nəticəsində əmələ gəlir. İstifadə yeri və məkanına görə fərqli ölçü və texniki xüsusiyyətlərdə, müxtəlif materiallarla şilt lövhə, boru və tökmə şəklində istehsal olunur. İstilik, səs, yanğın izolyasiyası və akustik mühitin təmin olunması məqsədi ilə tikilən bütün yerlərdə istifadə edilir. İstiliyə və rütubətə məruz qaldığı müddətcə ölçüləri dəyişmir. Zaman keçdikcə dağılmır, çürümür, kif tutmur, korroziyaya uğramır və pas tutmur. Böcək və mikroorqanizimlər tərəfindən təsirə məruz qalmır. 2500 C-yə qədər istiliyə davam gətirir.
Şüşə yunu,
  • İstilik keçiricilik dəyəri λ≤0,040/mK’dir.
  • Su buxarı diffuziyasına müqavimət əmsalı µ=1’dir.
  • İstifadə olunma temperaturu intervalı  -50 / +250ºC aralığındadır. Bağlayıcısız şüşə yunu məhsulları 500°C’yə qədər temperaturlarda istifadə oluna bilir. Bundan başqa -200 / +400ºC temperatur intervalında da istifadə oluna bilən xüsusi şüşə yunu məhsulları da mövcuddur.
  • Higroskopik və kapilyar deyildir.
  • Alman Normu olan DIN 4102’yə və Türk Standartı TS EN 13501-1’ə görə “yanmayan materiallar”olan A sinfindədir.
  • Fransa TEL Lisenziyası ilə istehsal olunmaqdadır.
  • BVQI tərəfindən verilən ISO 9001 Keyfiyyət Etibarlılıq Sistemi, ISO 14001 Ətraf Mühüt İdarəetmə Sistemi və OHSAS 18001 İşçi Sağlamlığı və İş Təhlükəsizliyi İdarəetmə Sistemi Sertifiktalarına malik olan istehsal müəssisələrində istehsal olunmaqdadır.
  • TS 901 – 1 EN 13162 Standartına təbii Şüşə yunu məhsulları, İnşaat Materialları İdarəçiliyi (89/106/EEC) çərçivəsində CE işarəsi daşımağa uyğundur.

YANĞINDAN İZOLYASİYA SİSTEMLƏRİ