Epoksi Əsaslı Astar- EPOX PR 100

Döşəmə Sistemləri - EPOX PR 100

 

Tanıtımı

Özlülüyü aşağı, solventsiz, 2 komponentli epoksi əsaslı astar və ümumi  məqsədli bağlayıcıdır.  Mükkəməl nüfuz edə bilmə xüsusiyyətinə malik olan, yüksək mexaniki dayanıqlı, uzun ömürlü, kimyəvi maddələrə və yanacaqlara davamlı, qatlar arasındakı gözləmə müddəti qısa, tətbiq olunması rahat olan bir materialdır.

Texniki xüsusiyyətləri: 

Sıxlıq (qarışdırılmış halda) təx.

: 1,05 g / cm³

Özlülük

: 500 - 700 mPa.s (+ 23°C)

Basma davamlılığı

: 77,4 N / mm²

Əyilmə davamlılığı

: 38,6 N / mm²

Yapışma (qopma betonda olmuşdur)

: 4,1 N / mm²

Kab ömrü

: 40 dəqiqə (+ 20°C / 1 lt)

Kürlənmə müddəti

: 24 saat (+ 23°C

Tətbiq olunma temperaturu

: min. + 10°C

 

Tətbiq olunma sahələri

EPOX FL 500 örtük materiallarının və ya digər epoksi sistemlərinin astarı olaraq istifadə olunur. Sənaye müəssisələrinin döşəmələri, təmizləmə sistemləri, qarajlar, sanitar mühit tələb olunan ərazilər, su təmizləmə sistemlərində beton üzərinə izolyasiya və qoruyucu təbəqə kimi istifadə olunur.

İstifadə olunma şəkli

Səth hazırlıq işləri

Tətbiq olunacaq beton səth təmiz və quru olmalı, qopmuş hissələr götürülməlidir.  Kir, pas, toz qalmamalıdır. Çatlamış və zədəli yerlər varsa  REPAMERK və ya EPOX 310 ilə təmir edilməlidir. Yaxşı görünüş əldə etmək üçün səthin hamar olması vacibdir. Tətbiq olunacaq səthin temperaturu min. +6°C, max +30°C olmalıdır. Sementli səthlər min. 4 həftəlik olmalıdır. Arxa hissəsdən təzyiqli su təsiri olan mühütlərə tətbiq olunmamalıdır. Göz və dəri ilə təmasından qorunmalıdır.

Tətbiq etmə

EPOX PR 100 əvvəlcədən çəkilmiş qutalr içərisində istifadəyə hazırdır. B komponentini (sərtləşdirici) tam həcmdə A komponentinə (Qətran)  qataraq katıp aşağı dövrlü qarışdırıcı ilə qarışdırmaq lazımdır. Hazırlanmış səthə fırça və ya epoxy rulonu vastəsilə çəkilir. 2 qat olaraq tətbiq olunmalıdır qatlar arasındakı gözləmə müddəti 4 saatdır.

Sərfiyyat - Səthin vəziyyətindən asılı olaraq hər qat üçün 150 g /m² -dır

Rəngi - şəffafdır

Qablaşdırılma - 3 kg. set (A+B) A: 2 kg. - B: 1 kg

Saxlanılma müddəti - Açılmamış original qablaşdırılmada 12 ay


EPOKSİ İZOLYASİYA SİSTEMLƏRİ