Epoksi Əsaslı Örtük Materialı - EPOX FL 500

 

Döşəmə Sistemləri - EPOX FL 500

 

Tanıtımı

İki komponentli solventsiz epoksi qətran əsaslı döşəmə örtük materialıdır.

 

Üstünlükləri

EPOX FL 500'in aşınmaya, hava şərtlərinə və suya qarşı müqaviməti çox yaxşıdır. Yanıcı maddələrə, yağlara və bir çox sənaye kimyəvi maddələrinə davamlıdır. Sərtləşdikdən sonra zəhərli olmayan, mikrobioloji orqanizm, kif və digər göbələklərə davamlı bir sənaye örtük materialıdır.

 

Tətbiq sahələri

  • sənaye döşəmələri
  • sexlər
  • su təmizləmə sistemləri
  • kimyəvi təsirlərə məruz qalan döşəmələr
  • soyuducu anbarlar
  • qarajlar
  • sanitar mühit tələb olunan ərazilər

 

İstifadə şəkli

Səth Hazırlığı

Tətbiq olunacaq beton səth təmiz və quru olmalı, qopmuş hissələr götürülməlidir.  Kir, pas, toz qalmamalıdır. Çatlamış və zədəli yerlər varsa  REPAMERK və ya EPOX 310 ilə təmir edilməlidir. Məsamələr örtülməlidir.  Yaxşı görünüş əldə etmək üçün səthin hamar olması vacibdir. Hamarlanmamış beton və ya sement suvanmış səthlər pardaq daşı və yaq qumlama işləri görülərək tətbiq etmə üçün hazırlanmalıdır. Beton səthlər sement köpüyündən metal səthlər isə metal qırıntıları və pasdan təmizlənməlidir.

 

Tətbiq etmə

EPOX FL 500 əvvəlcədən çəkilmiş qutalr içərisində istifadəyə hazırdır. B komponentini (sərtləşdirici) tam həcmdə A komponentinə (Qətran)  qataraq katıp aşağı dövrlü qarışdırıcı ilə qarışdırmaq lazımdır. Hazırlanmış səthə fırça və ya epoxy rulonu vastəsilə çəkilir. 2 qat olaraq tətbiq olunmalıdır qatlar arasındakı gözləmə müddəti 15 saatdır. Bu müddət aşılmamalıdır. Daha yaxşı yapışma üçün EPOX PR 100 istifadə olunur. Nəmişliyin yüksək olduğu hallarda səth temperaturunun 6°C-dən yüksək olmasına diqqət yetirilməlidir. Şeh nöqtəsinə diqqət edilməlidir, əks təqdirdə yapışma zəif ola bilər. Arxa hissəsdən təzyiqli su təsiri olan mühitlərə tətbiq olunmamalıdır.

 

Sərfiyyat - Səthin vəziyyətindən asılı olaraq hər qat üçün 250 g/m².

Qablaşdırma - Net 5 kg set

Rəng - Boz, ağ, qırmızı, sarı.

Saxlanılma müddəti - Açılmamış original qablaşdırılmada 12 ay

 


EPOKSİ İZOLYASİYA SİSTEMLƏRİ