Poliuretan köpük

Poliueratan köpük – müasir, ekoloji cəhətdən təmiz, öz istilik izolyasiya xaraterinə malik unikal materialdır və çətin yanan materiallar qrupuna aiddir.

Köpük poliuretanın fərqləndirici xüsusiyyətləri yüngüllüyü, möhkəmliyi, aşağı koeffisientli istilik keçiriciliyi və nəm uduculuğu, mikroorqanizmlərə təsirə, çürüməyə, kiflənməyə, rütubət düşməsinə qarşı davamlılığıdır. Köpük poliuratanın yüngüllüyü montaj xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasına imkan verir, eləcə də tikinti və təmirin müddətini azaldır. Poliuratanın istilik izolyasiya xidmətinin müddəti 25 ildən çoxdur. Köpük poliuertan insan fəaliyyətinin bir çox sahələrində, sənaye və yaşayış binalarının inşasında istilik izolyasiyası qismində, eləcə də müxtəlif təyinatlı boru xətlərinin inşasında istilik və buxar izolyasiyası qismində, o cümlədən ev, balkon, döşəmələr üçün isidici qismində və dam örtüklərinin hidroizolyasiyası qismində istifadə edilir.


İSTİDƏN VƏ SOYUQDAN İZOLYASİYA SİSTEMLƏRİ