Döşəmə Sistemləri - EPOX PR 100
Tanıtımı
Özlülüyü aşağı, solventsiz, 2 komponentli epoksi əsaslı astar və ümumi məqsədli bağlayıcıdır. Mükkəməl nüfuz edə bilmə xüsusiyyətinə malik olan, yüksək mexaniki dayanıqlı, uzun ömürlü, kimyəvi maddələrə və yanacaqlara davamlı, qatlar arasındakı gözləmə müddəti qısa, tətbiq olunması rahat olan bir materialdır.
Texniki xüsusiyyətləri:
Sıxlıq (qarışdırılmış halda) təx. |
: 1,05 g / cm³ |
Özlülük |
: 500 - 700 mPa.s (+ 23°C) |
Basma davamlılığı |
: 77,4 N / mm² |
Əyilmə davamlılığı |
: 38,6 N / mm² |
Yapışma (qopma betonda olmuşdur) |
: 4,1 N / mm² |
Kab ömrü |
: 40 dəqiqə (+ 20°C / 1 lt) |
Kürlənmə müddəti |
: 24 saat (+ 23°C |
Tətbiq olunma temperaturu |
: min. + 10°C |
Tətbiq olunma sahələri
EPOX FL 500 örtük materiallarının və ya digər epoksi sistemlərinin astarı olaraq istifadə olunur. Sənaye müəssisələrinin döşəmələri, təmizləmə sistemləri, qarajlar, sanitar mühit tələb olunan ərazilər, su təmizləmə sistemlərində beton üzərinə izolyasiya və qoruyucu təbəqə kimi istifadə olunur.
İstifadə olunma şəkli
Səth hazırlıq işləri
Tətbiq olunacaq beton səth təmiz və quru olmalı, qopmuş hissələr götürülməlidir. Kir, pas, toz qalmamalıdır. Çatlamış və zədəli yerlər varsa REPAMERK və ya EPOX 310 ilə təmir edilməlidir. Yaxşı görünüş əldə etmək üçün səthin hamar olması vacibdir. Tətbiq olunacaq səthin temperaturu min. +6°C, max +30°C olmalıdır. Sementli səthlər min. 4 həftəlik olmalıdır. Arxa hissəsdən təzyiqli su təsiri olan mühütlərə tətbiq olunmamalıdır. Göz və dəri ilə təmasından qorunmalıdır.
Tətbiq etmə
EPOX PR 100 əvvəlcədən çəkilmiş qutalr içərisində istifadəyə hazırdır. B komponentini (sərtləşdirici) tam həcmdə A komponentinə (Qətran) qataraq katıp aşağı dövrlü qarışdırıcı ilə qarışdırmaq lazımdır. Hazırlanmış səthə fırça və ya epoxy rulonu vastəsilə çəkilir. 2 qat olaraq tətbiq olunmalıdır qatlar arasındakı gözləmə müddəti 4 saatdır.
Sərfiyyat - Səthin vəziyyətindən asılı olaraq hər qat üçün 150 g /m² -dır
Rəngi - şəffafdır
Qablaşdırılma - 3 kg. set (A+B) A: 2 kg. - B: 1 kg
Saxlanılma müddəti - Açılmamış original qablaşdırılmada 12 ay