İnşaat Sektorunda 20 İllik Təcrübəmizlə istənilən Tikintidə İzolyasiya Düşüncəsini Dəyişdiririk!

İnşaat sektorunda təcrübəmizin gücü ilə tətbiq etdiyimiz yeni müxtəlif növ izolyasiya məhsullarımızla tikinti sənayesinə dəyər qatmaq üçün çalışırıq.
Sizi bu prinsiplə yeni  innovativ izolyasiya sistem həllərimizi araşdırmağa dəvət edirik.

20 ildən çox təcrübə və Güclü Vizyon

Bu günə qədər həyata keçirdiyi izolyasiya prosesləri ilə ekosistemini zənginləşdirməyə davam edən şirkətimiz yarandığı gündən etibarən müştərilərinin ehtiyaclarını ən yüksək keyfiyyətlə qarşılamaq motivasiyası ilə hərəkət edir.

Sual ?

Nə üçün düzgün İZOLYASİYA vacibdir ?

Dünyanın inkişaf etmiş ölkələri 1970-ci illərdən bəri enerji itkisinə qənaətlə bağlı inşaat normaları tətbiq etməkdədir.
Artıq bu gün bütün dünya enerji itkisində qənaəti maksimuma (60%) endirən normalardan istifadə edir.
Enerji itkisinə qənaətin yeganə yolu isə izolyasiya materiallarından düzgün istifadədə görülür. Ölkəmizin malik olduğu ekoloji şərait və atmosferik şərtlər bizə binalarımızın inşasında izolyasiya materiallarından istifadənin zəruriliyini düşünməyə əsas verir.

Hidroizolyasiya - sudan və nəmdən izolyasiya nədir?

Hörgü, dəmir və beton konstruksiyalar istismar dövründə müxtəlif amillərin (su, yağmür, dəniz suyu, kanalizasiya, sənaye tullantıları, agressiv grunt suları, atmosfer təzyiqi və d.) təsirinə məruz qalır. Konstruksiyanın istismar zamanı hidroizolyasiya işlərinin əvvəlcədən düzgün şəkildə aparılması vacib amillərdəndir. Onların düzgün şəkildə hidroizolyasiya olunmaması konstruksiyanı müxtəlif amillərin təsirindən zədələyir və eləcədə konstruksiyanın uzunömürlüyünü aşağı salır.

Termo izolyasiya- istidən və soyuqdan izolyasiya nədir ?

İstilik izolyasiyası-  isti və ya soyuq havanın evlərə, yaşayış və qeyri-yaşayış tikintilərinə döşəmə, divarlar, tavan və dam ilə girməsinin və ya çıxmasının qarşısını alan bir prosesdir. Davamlı olaraq artırılan enerji xərcləri istilik üçün ayrılan büdcələri də artırır. İstehlak olunan ümumi enerjinin 2/3-nin evlərin, yaşayış və qeyri-yaşayış tikintilərinini isidilməsi və soyudulması üçün sərf olunduğunu nəzərə alsaq, istilik izolyasiyası zərurətə çevrilmişdir. Enerji qənaətindən başqa, istilik izolyasiyası evlərin, yaşayış və qeyri-yaşayış tikintilərinin ömrünü uzadır, dəyərini artırır, istənilən rahatlıq şəraitini təmin edir.

Referanslar

Goranboy Olimpiya İdman Kompleksi

Dəmirçi Plaza

Bilgah Estates

Xaçmaz Rayonu- Zəfər Parkı

Dərnəgül metrostansiyası

EVİM Construction İzolyasiya Mərkəzinə Xoş Gəlmisiniz !

Biz EVİM İnşaat olaraq 2005- ci ildən izolyasiya və tikinti sektorunda öz professional təcrübəyə malik olan mühəndis və işçi (usta) personalları, lazımı təchizat və avadanlıqları ilə bu günə qədər fəaliyyət göstəririk.

EVİM inşaat şirkəti olaraq ilk fəaliyyətə başladığımız gündən bu günə kimi izolyasiya və tikinti sektorunda işlərimizi həyata keçirərkən ən yeni innovasiyalı texnalogiya ilə hazırlanmış izolyasiya və tikinti materiallarını Azərbaycan Respublikası ərazisinə özümüz idxal edirik.

Bütün növ izolyasiya və tikinti işlərini ən müasir üsullarla, qısa müddət ərzində, yüksək keyfiyyət və normativ tələblərə uyğun olaraq yerinə yetirərək biz, Azərbaycanın professional inşaat şirkətlərinə xidmət göstərərək bu sahədə iri şirkətə çevrilmişik. Hər il yeni texnalogiyalar və innovasiyalar sayəsində hazırlanan məhsulları araşdırıb öz tikinti fəaliyyətimizdə tətbiq edirik.

Ekalogiya, təhlükəsizlik, keyfiyyət və sürətli iş icrasını özümüzə vacib amillərdən olduğunu əsas tutaraq biz mülki və sənaye binalarının, kənd təsərrüfatı agro sahəsində suvarma kanallarının, balıq yetişdirmə və ya suvarma göllərinin, iri həcimli su rezervuarlarının, üzmə hovuzlarının tikintisini və izolyasiyasını həyata keçiririk.
Biz bu günə kimi Azərbaycanın paytaxt və regionlarında bir çox tikinti layihələrinin sudan, istidən və soyuqdan, yanğından və səsdən izolyasiya işlərini, eyni zamanda agro sahəsində suvarma və balıqcılıq göllərinin salınması və izolyasiyası işlərini həyata keçirmişik.

Eyni zamanda müəssisəmiz respublikamızın onlarla iri tikinti şirkətini izolyasiya materiialları ilə təmin edir və bu sahədə onların müxtəlif texniki, elmi və mühəndislik xidməti sifarişlərini həyata keçirir.
Bunlar aşağıdakılardır:
*  İzolyasiya və tikinti işlərinin layihələndirilməsi,
*  Smeta- qiymətləndirmə hesabatlarının hazırlanması,
*  Ətraf mühit amillərinin təsir dərəcələrinin hesablanması,
*  İzolyasiya və tikinti materiallarının düzgün seçilməsi və maksimum effektivliyin təmin olunması,
*  Bütün növ izolyasiya və tikinti işləri.

EVİM İnşaat – respublikamızın inşaat sektorunun tələblərinə müvafiq olaraq Rusiya, Türkiyə, Almaniya, Avstriya və İsveçrənin, dünya şöhrətli şirkətlərinin istehsal etdiyi izolyasiya materiallarının respublikaya idxalını və daxili bazarda satışını həyata keçirir. Qiymət, məhsul çeşidləri və məhsullarımızın keyfiyyətinə görə bazarda lider mövqeyə sahibik.
Şirkətimiz, Sizin, izolyasiya və inşaat sahəsində güvənilir partnyorunuza çevrilə bilər. Bu istiqamətdə təcrübəli kollektrivimiz əlimizdən gələn səyləri inamla göstərməyə hər zaman hazırdır.

Hal hazırda Azərbaycanda həyata keçirilən bir çox layihələrdə Evim İnşaat şirkətinin də payının olmasından qürur duyuruq!

Sizi, şirkətimizlə, əməkdaşlığa dəvət edirik.

Nə üçün düzgün İZOLYASİYA vacibdir ?

Dünyanın inkişaf etmiş ölkələri 1970-ci illərdən bəri enerji itkisinə qənaətlə bağlı inşaat normaları tətbiq etməkdədir.
Artıq bu gün bütün dünya enerji itkisində qənaəti maksimuma (60%) endirən normalardan istifadə edir.
Enerji itkisinə qənaətin yeganə yolu isə izolyasiya materiallarından düzgün istifadədə görülür. Ölkəmizin malik olduğu ekoloji şərait və atmosferik şərtlər bizə binalarımızın inşasında izolyasiya materiallarından istifadənin zəruriliyini düşünməyə əsas verir.

Bu gün biz EVİM İnşaat olaraq izolyasiya sahəsində dünya lideri olan bir çox şirkətlərin istehsalı olan izolyasiya məhsullarını təklif edirik.
İzolyasiya məhsullarından istifadə zamanı Siz evlərinizdə:
Hidroizolyasiya — Yeraltı qrunt sularından və açıq terras damların sudan izolyasiyası ilə — Sudan və nəmdən qorunma;
Termoizolyasiya — Fasadların və terrasların istidən soyuqdan izolyasiyası ilə — Enerji itkisinə 60% qənaət;
Yanğından izolyasiya ilə — Yanğına qarşı yüksək davamlılıq;
Səsdən izolyasiya ilə — Səskeçirmənin minimuma endirilməsi
imkanlarını əldə edirsiniz.
Eyni zamanda bu məhsullar atmosferik şərtlərə davamlılıq və dekorativ görünüş cəhətdən də yüksək göstəriciləri özündə birləşdirir.

Evim İnşaat məhsulların düzgün, sadə və etibarlı istifadə qaydasına istiqamətlənmiş təlimlər keçən mühəndis və işçi briqadalarını təklif edir.
Məhz bu briqadalar izolyasiya ediləcək yerin xüsusiyyətlərinə görə məhsulun doğru seçilməsi, məhsullarla bağlı hər cür texniki dəstəyin göstərilməsi və inşaatda problemlərin yerində həll olunması işini həyata keçirməkdə peşəkarlardır.
Biz öz inkişaf startegiyamızı müştərilərimizdən gələn tələblərə və görüşlərə görə təyin edir və sizlərə xidmət etməkdən zövq alırıq…

əsas