Kafel- metlax, keramoqranit və mozaika

Kafel Metlax işləri

Kafel və metlax məhsullarını həm bayır, çöl dizaynı, həm də içərini dizayn etmək üçün istifadə edilir. Material və dizaynına görə kafel və metlaxlar bir-birindən fərqlənir. Belə ki, çöl, bayır dizaynı üçün istifadə edilən kafel və metlaxlar, içəridə istifadə edilən kafel və metlaxlardan tam fərqli dizaynda və xüsusiyyətlərdə olur.

Keramoqranit işləri

Çox davamlı və sərtdir, təbii daşı təqlid edən süni bir materialdır. Yanlış təsəvvürlərin əksinə olaraq tərkibində qranit yoxdur, ancaq fiziki xüsusiyyətlərinə görə qranitə bənzəyir. Keramoqranit müasir bina və tikililərin bəzəyi kimi, bitirmə materialı kimi, döşəmələr və divarları düzəldərkən fasadlarda və daxili bəzəklərdə istifadə olunur.

Mozaika işləri

Mozaika  məhsulları həm çöl- bayır, hovuz, həm də daxili məkanların dizayn etmək üçün istifadə edilir. Material və dizaynına görə mozaikalar bir-birindən fərqlənir. Belə ki, çöl- bayır dizaynı üçün istifadə edilən mozaikalar, içəridə istifadə edilən mozaikalardan fərqli dizaynda və xüsusiyyətlərdə olur.